DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İtaliya Baş naziri istefa verib

Mario Draqinin başçılıq etdiyi koalisiya hökuməti pandemiyanın yaratdığı sağlamlıq və iqtisadi böhran şəraitində milli birlik hökuməti olaraq 2021-ci il fevralında qurulmuşdu
Sputnik
BAKI, 21 iyul — Sputnik. İtaliyanın Baş naziri Mario Draqi öz vəzifəsindən istefa verdiyini elan edib.
M.Draqi bu qərarı koalisiya tərəfdaşları olan "5 Ulduz Hərəkatı", "İrəli İtaliya" və "Lega" partiyalarının üzvlərinin iyulun 20-də İtaliya Senatında hökumətlə bağlı keçirilən etimad səsverməsində iştirak etməməsindən sonra qəbul edib.
Baş nazirin istefa ərizəsini İtaliya Prezidenti Sercio Mattarellaya təqdim etməsi gözlənilir.
Xatırladaq ki, Mario Draqinin başçılıq etdiyi geniş iştiraklı koalisiya hökuməti COVID-19 pandemiyasının yaratdığı sağlamlıq və iqtisadi böhran şəraitində milli birlik hökuməti olaraq 2021-ci il fevralın 13-də qurulmuşdu. Bu hökuməti İtaliya parlamentində təmsil olunan 10 siyasi partiya dəstəkləmişdi.