CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Media Reyestri və elektron köşk platforması fəaliyyətə başlayacaq

Gələcəkdə istifadəyə veriləcək Media Reyestri və elektron köşk platformalarının da MEDİA-nın yeni saytına qoşulması gözlənilir.
Sputnik
BAKI, 21 iyul — Sputnik. Azərbaycanda media sahəsində həyata keçirilən islahatlar və yeni hədəflər barədə müzakirələr aparılır.
Bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, gələcəkdə istifadəyə veriləcək Media Reyestri və elektron köşk platformalarının da MEDİA-nın yeni saytına qoşulması gözlənilir: "Yaxın gələcəkdə Media Reyestri və elektron köşk platforması fəaliyyətə başlayacaq. Onların da təqdimatı keçiriləcək".
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanına əsasən, Medianın İnkişafı Agentliyi Media Reyestrinin yaradılmasını altı ay müddətində təmin etməli və həmin bazanın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.