HƏRBİ

Azərbaycan və İtaliya müdafiə nazirliklərinin ekspertləri görüşüb - FOTO

Hər iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq planına əsasən keçirilən görüşlərin səmərəliliyi qeyd olunub.
Sputnik
BAKI, 21 iyul — Sputnik. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan və İtaliya Respublikalarının hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.
Azərbaycan və İtaliya Müdafiə nazirliklərinin hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə qonaqlara Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Hər iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq planına əsasən keçirilən görüşlərin səmərəliliyi qeyd olunub.
İtaliya tərəfi də öz növbəsində gələcək inkişaf perspektivlərinin müzakirəsində və mövcud qabaqcıl təcrübələrin öyrənilməsində maraqlı olduğunu diqqətə çatdırıb.