CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaykulenin dostları müğənni barədə bəd xəbəri təsdiqləyiblər

Sənətçi xərçəng xəstəliyi barədə danışmaq istəmir və artıq Yurmalada konsertini planlaşdırır.
Sputnik
BAKI, 20 iyul — Sputnik. Rusiyanın məhşur müğənnisi Layma Vaykulenin dostları müğənnidə döş xərçənginin residivinin olduğunu təsdiqləyiblər. Bu barədə Rusiya mediyası məlumat yayıb.
"Laymada təkrar xərçəng xəstəliyi aşkar edilib. O, Amerikadan yeni qayıdıb, orada müayinədən keçməli olub və həkimlər xəstəliyin geri qayıtdığını müəyyən ediblər. Hazırda Layma artıq öz evində, Latviyadadır. Müğəninin həyat yoldaşı Andrey ona çox dəstək olur", - deyə sənətçinin yaxını bildirib.
O, əlavə edib ki, ifaçı xərçəng xəstəliyi barədə danışmaq istəmir və artıq Yurmalada konsertini planlaşdırır.
Aprel ayında Vaykule səhhətindəki problemlərə görə ABŞ-a uçduğunu bildirib. Müğənni hansı tibbi yardım üçün başqa ölkəyə getdiyini açıqlamayıb.
Vaykule etiraf edib ki, hazırda özü haqqında danışmaq istəmir.
"Hətta Ukraynadan olan dostlarım məndən özümü necə hiss etdiyimi soruşanda belə, onlara çox yaxşı hiss etdiyimi və hazırda problemlər haqqında danışmaq istəmədiyimi deyirəm", - deyə sənətçi qeyd edib.
Layma Vaykuledə 1990-cı illərdə ilk dəfə döş xərçəngi aşkar edilib. Müğənni ABŞ-da müalicə olunduqdan sonra remissiyaya nail ola bilib.