BAKI, 20 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyada teletəbabət inkişaf edəcək, lakin ehtiyyatla davranmaq və zərər verməmək vacibdir. Bu barədə Rusiya mediası xəbər verib.
Çərşənbə günü dövlət başçısı Strateji Təşəbbüslər Agentliyi və "Roskonqres" Fondunun təşkilatçılığı ilə keçirilən "Yeni zaman üçün güclü ideyalar" forumunun plenar sessiyasında iştirak edib. Forumda "Doktor ryadom" Tibb Şirkətinin lideri Maksim Çernin teletəbabət yardımının göstərilməsi prosesini sadələşdirmək üçün qanunvericiliyə dəyişiklik etməyi təklif edib.
"Şübhəsiz ki, teletəbabət bütün dünyada inkişaf edir və ölkəmizdə də inkişaf edəcək. Burada ehtiyyatla hərəkət etmək önəmlidir, bu elə sahədir ki, bura zərər vurmaq olmaz", - deyə Putin "Yeni zamanlar üçün güclü ideyalar" forumunda bildirib.
Putin həmçinin tibb sahəsindəki əyləncəli əhvalatlardan birini də xatırladıb.
"Doktor, siz mənim sağlam dişimi çıxartdınız. Zərəri yoxdur, xəstə dişə də keçəcəyik. Heç bir halda belə olmamalıdır", - Putin vurğulayıb.