CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial islahatlar paketi hazırlanacaq - Nazir anonsunu verdi

Sahil Babayev bunun üçün təkliflərin hazırlanaraq dövlət başçısına təqdim ediləcəyini söyləyib.
Sputnik
BAKI, 20 iyul — Sputnik. Cari ilin I yarımilinin yekunlarına dair müşavirədə Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən, sosial islahatların növbəti ildə də davam etdirilməsi üçün təkliflər hazırlanaraq dövlət başçısına təqdim ediləcək. Bu barədə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir son illər sosial ödənişlərdəki ciddi artımları qeyd edib. O, son 3 il yarım ərzində Azərbaycanda 4 milyon vətəndaşı əhatə edən 3 sosial islahat paketinin icra olunduğunu deyib.
O, bunun üçün yalnız dövlət büdcəsindən əlavə olaraq 6 milyard manat, yəni ölkənin icmal büdcəsinin 20 faizindən çox vəsait ayrıldığını qeyd edib.
S.Babayev həmin dövrdə minimum əməkhaqqının 2,3 dəfə, əməkhaqqı fondunun 2,2 dəfə artdığını, əməkhaqqı fonduna əlavə 8 milyard manat yönəldildiyini bildirib. O, median əməkhaqqında 86 faiz, minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 75 faiz artım baş verdiyini diqqətə çatdırıb.
Nazir sosial müavinət və təqaüdlərdə də 3,5 dəfə artım olduğunu deyib. Müavinət və təqaüd istiqaməti üzrə ayrılan illik vəsaitin 2018-ci ilə nisbətən 400 milyon manatdan 1 milyard manat artaraq 1,4 milyard manata çatdığını bildirib.
CƏMİYYƏT
Sahil Babayev qazilərdən danışıb