BAKI, 20 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin payızda xarici ölkələrə daha bir neçə səfər etmək niyyətindədir. Onlara hazırlıq gedir. Bunu Kremlin sözçüsü Dmitri Peskov TASS-a bildirib.
Mətbuat katibi Putindən yaxın vaxtlarda yeni xarici səfərlərin planlaşdırılıb-planlaşdırılmamasını soruşublar.
"Lap yaxın perspektivdə — yox, amma gündəmdə, deyək ki, payızda bir neçə səfər planlaşdırılır", — deyə Peskov cavab verib.
Bununla yanaşı, o, səfərlərin konkret istiqamətlərini açıqlamayıb.
"Mən indi onları açıqlamayacağam, amma həqiqətən də hazırlıq aparılır", — deyə Kremlin nümayəndəsi əlavə edib.
İyulun 19-da Rusiya prezidenti İrana səfər edib, burada ikitərəfli danışıqların üç raundu keçirilib, həmçinin, o, Suriya nizamlanmasının təminatçısı olan ölkələrin sammitində iştirak edib. Görüşün sonunda Rusiya lideri Qərbin Suriyaya qarşı sanksiyalarının acınacaqlı nəticələrini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, bu ölkəyə humanitar yardım siyasiləşdirilməməlidir.
Bundan əlavə, söhbət nəticəsində tərəflər Suriya böhranının yalnız diplomatiya yolu ilə həll oluna biləcəyi barədə ümumi nəticəyə gəliblər.
İyunun 29-da Putin altıncı Xəzər sammiti üçün Aşqabada uçub. Xaricə bu səfər Rusiya Federasiyası prezidenti üçün Donbasın müdafiəsi üzrə xüsusi hərbi əməliyyat başlayandan bəri ilk səfər idi.
Aprelin 29-da Putinin G20 sammitində iştirak etmək üçün dəvəti qəbul etdiyi bildirilib. Ölkəsinin G20 üzvü olmamasına baxmayaraq, belə bir dəvətin Ukrayna Prezidenti Volodimir Zelenskiyə edildiyi də məlumdur. Zelenski də bununla razılaşıb.
İyulun 19-da Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya liderinin G20 sammitində iştirak formatı ilə bağlı qərar səfərdən dərhal əvvəl veriləcək.