HADİSƏ

Küləkli hava nə vaxtadək davam edəcək?

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək.
Sputnik
BAKI, 20 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 21-də hava şəraiti yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 10-15° isti, gündüz 23-28° isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.