BAKI, 20 iyul — Sputnik. "Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Dünyada koronavirusla bağlı vəziyyətin pisləşməsinin Azərbaycana da təsiri olacaq:
"Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir. Bu, gözlənilən haldır", - deyə baş infeksionist deyib.
T.Eyvazov bildirib ki, növbəti dalğanı daha az itki ilə yola vermək üçün qaydalara riayət etmək lazımdır.
Koronavirusa qarşı peyvənddə buster doza əvvəlki iki doza ilə nisbətdə dörd dəfə çox qoruyur.
O qeyd edib ki, virusun Delta ştammı daha ağır keçir, lakin hazırda insanlar arasında Omikron ştammına daha çox rast gəlinir.