BAKI, 20 iyul — Sputnik. Sarayevo Film Festivalının "Sәnәdli film" müsabiqәsinin jürilәri açıqlanıb. Münsiflər heyətinin arasında azәrbaycanlı rejissor Hilal Baydarov da var. Digәr iki jüri üzvü isә gürcü rejissor Salome Jashi vә Margje De Koningdir.
Xatırladaq ki, Hilal Baydarov 2019-cu ildә Sarayevo Film Festivalının "Әn yaxşı sәnәdli film" mükafatını "Xurmalar yetişәn vaxt" ilә qazanmışdı. Bundan başqa, 2020-ci ildə rejissor Rüfət Həsənovun "Daxildəki ada" filmi 26-cı Sarayevo Film Festivalında qalib olub. Film "Ən yaxşı rejissor" nominasiyasında "Sarayevonun ürəyi" mükafatına layiq görülmüşdü.
Məlumat üçün bildirək ki, Sarayevo film Festivalı Cənub-şərqi Avropanın böyuk film festivallarından biridir. Festivalın əsası, 1995-ci ildə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində qoyulub.
Hilal Baydarov kimdir?
O, kino dərslərini macar rejissor Bela Tarrdan alıb. Onun debüt filmi 2018-ci ildə - yayımlanan "Adsız yüksəkliklər"dir. Filmin premyerası Monreal film festivalında olub. Eyni ildə, Hilal Sarayevo film festivalında "Ad günü" filmi ilə iştirak edib və Docu Talent mükafatını qazanıb.
Rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Film müstəqil Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb. Bundan başqa, "Səpələnmiş ölümlər arasında" bədii filmi "Korkut Ata" (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalının "Ən yaxşı film" nominasiyası üzrə mükafatına layiq görülüb.
Bundan başqa, bu yaxınlarda rejssor Hilal Baydarovun "Balıqlara Xütbə"(Sermon to the Fish) bədii tammetrajlı filmi Lokarno Film Festivalının proqramına "Beynəlxalq müsabiqə" kateqoriyası üzrə daxil edilib. Yunan tragediyasını xatırladan "Balıqlara Xütbə" filmi 75-ci Lokarno Film Festivalında "Qızıl Bəbir" mükafatına namizəddir. O, 3500 film arasından seçilmiş 17 ekran işindən biridir. Bu yaxınlarda "Balıqlara xütbә" filmi TRT tәrәfindәn keçirilәn "12 punto" yarışmasında qaliblәrdәn biri olub.