BAKI, 20 iyul — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,54 ABŞ dolları və ya 1,2% azalaraq 120,21 dollar təşkil edib.
Qeyd edək ki, "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 14 iyulda artmışdı. Belə ki, Azərbaycan neftinin bir barelinin dəyəri 0,2% və ya 0,27 dollar artaraq 114,18 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Dünya bazarlarında neftin qiyməti azalıb. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,46 azalaraq 1 barelə görə 106,86 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,33% azalaraq 103,88 dollar təşkil edib.