CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana narkotik vasitə və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Araşdırmalar zamanı sürücünün üzərində aparılan şəxsi yoxlama zamanı isə 1 ədəd bükümdə, ümumi çəkisi 0,4 qram təşkil edən psixotrop maddə-metamfetamin aşkar olunub
Sputnik
BAKI, 20 iyul — Sputnik. Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda "Hovo" markalı yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçərkən saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib.
Komitənin yaydığı məlumata görə, məlumata görə, sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirib.
Gömrük nəzarəti zamanı tətbiq edilən kinoloji xidmət iti avtomobilin kabinəsinə reaksiya verib və yük nəqliyyat vasitəsində əsaslı yoxlama aparılıb.
Nəticədə yük avtomobilinin kabinəsində olan idman çantasından 3 ədəd bükümdə, ümumi çəkisi 1,8 qram təşkil edən psixotrop maddə-metamfetamin, həmçinin kabinənin tavan hissəsində əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşikdən 120 ml-lik plastik qabda, ümumi həcmi 80 ml təşkil edən narkotik vasitə-metadon aşkar edilib.
Sürücünün üzərində aparılan şəxsi yoxlama zamanı isə 1 ədəd bükümdə, ümumi çəkisi 0,4 qram təşkil edən psixotrop maddə-metamfetamin aşkar olunub.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.