DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Apple" böhranlı vəziyyətə görə yeni işçilərin işə götürülməsini azaltmaq niyyətindədir

"Apple" Amerika şirkətinin dizayn departamentinin keçmiş rəhbəri Conatan Ayv ilə konsaltinq xidmətlərinin göstərilməsi haqqında müqaviləni ləğv edib.
Sputnik
BAKI, 20 iyul — Sputnik. Amerikanın "Apple" şirkəti mümkün iqtisadi böhran səbəbindən gələn il yeni işçilərin işə götürülməsini azaltmağı planlaşdırır. Bu barədə bazar ertəsi mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Onların sözlərinə görə, şirkət 2023-cü ildə də maaşları azaltmaq niyyətindədir. Lakin bu qərar yalnız müəyyən şöbələrə təsir edəcək.
Bundan əvvəl "Apple" Amerika şirkətinin dizayn departamentinin keçmiş rəhbəri Conatan Ayv ilə konsaltinq xidmətlərinin göstərilməsi haqqında müqaviləni ləğv edib.