RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Xüsusi əməliyyat başlayandan Polşadan Ukraynaya 2,9 milyon insan qayıdıb

Polşanın sərhəd departamentində deyirlər ki, son vaxtlar Ukraynanı tərk edənlərin sayı daxil olandan daha çoxdur.
Sputnik
BAKI, 19 iyul — Sputnik. Fevral ayından - Rusiya xüsusi əməliyyatı başlayandan bəri, demək olar ki, 3 milyon Ukrayna vətəndaşı Polşadan vətənlərinə qayıdıb. Bunu "RİA Novosti" Polşa Sərhəd Xidmətinə istinadən yazır.
Son sutka ərzində Polşadan Ukraynaya getmək üçün 23,7 min nəfər, fevralın 24-dən isə 2,957 milyon nəfər qeydiyyatdan keçib.
Sərhədçilərin məlumatına görə, son vaxtlar Polşadan Ukraynaya gedənlərin sayı daxil olanlardan çox olub.
Ümumilikdə, xüsusi əməliyyat başlayandan bəri Ukraynadan Polşaya 4,873 milyon insan daxil olub.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - onlar Ukraynanın döyüş potensialını xeyli azaldıblar. Rusiya hərbi idarəsində əsas məqsədin Donbasın azad edilməsi olduğu göstərilib.