DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

SEPAH-a məxsus avtomobil partladılıb

SEPAH-ın avtomobilinin keçdiyi yola partlayıcı quraşdırılıb və nəqliyyat vasitəsi keçən zaman partladılıb.
Sputnik
BAKI, 19 iyul — Sputnik. İran İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) məxsus avtomobil partladılıb.
Nəticədə bir neçə nəfər ölüb və yaralanıb.
Hadisə Güney Azərbaycanın Urmiya bölgəsinin dağlıq sərhədyanı bölgəsində baş verib.
Məlumata görə, SEPAH-ın avtomobilinin keçdiyi yola partlayıcı quraşdırılıb və nəqliyyat vasitəsi keçən zaman partladılıb. İlk partlayışdan sonra daha biri də törədilib.
Hadisədən sonra bölgədə qvardiyanın PUA-ları patrul xidməti keçməyə başlayıb.
İranın rəsmi mənbələri hadisə ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, PKK terror qruplaşmasının İran üzrə qolu olan "Pejak" ölkənin Qərbi Azərbaycan bölgəsində tez-tez terror aktları törədir. (Report)