AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident İlham Əliyevdən yeni təyinat

Agentlikdən verilən məlumata görə, dövlət başçısının Sərəncamına əsasən, bu vəzifə Samir İdayətova həvalə olunub.
Sputnik
BAKI, 19 iyul — Sputnik. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub.
Agentlikdən verilən məlumata görə, dövlət başçısının Sərəncamına əsasən, bu vəzifə Samir İdayətova həvalə olunub.
O, bu vəzifədə Samir Qurbanovu əvəz edib.
Qeyd edək ki, Samir Ayət oğlu İdayətov 10 may 1980-cı il təvəllüdlüdür. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib. 2011-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə üzrə əlavə ali təhsil alıb. 2003-2004-cü il tarixlərində hərbi xidmətdə olub.
2002-2017-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, 2017-ci ildə Dövlət Toxum Fondunda sədr, şöbə müdiri işləyib. 2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini, 2020-ci ildə "Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu" ASC-də sədr müavini olub. 10.11.2021-ci ildən yeni təyinata qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsində işləyirdi.