RUSİYA

Zaxarova Trassa Lavrovla görüşdə onun "rüsvayçılığını" xatırladıb

Liz Trass fevral ayında Moskvada Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov ilə aparılan danışıqlardakı uğursuzluğunu unutmamalıdır - Zaxarova
Sputnik
BAKI, 18 iyul — Sputnik. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Böyük Britaniyanın xarici işlər naziri "nə danışdığını başa düşmür və coğrafi adları qarışdırırdı".
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Rusiya Prezidenti Vladimir Putinlə danışmağa hazır olması barədə bəyanatını şərh edərkən Böyük Britaniya Xarici İşlər Nazirliyi rəhbərinin fevral ayında Moskvada Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov ilə aparılan danışıqlardakı uğursuzluğunu xatırladıb.
Zaxarova qeyd edib ki, Trassın həmin görüşdə Lavrovu "söhbətə dəvət edib susdurmaq" cəhdi onun biabırçılığı ilə nəticələnib. Belə ki, nə danışdığını belə başa düşməyən və coğrafi adları qarışdıran Trass biabır olub.
Bu danışıqlarda Britaniya səfiri Liz Trassın qulağına düzgün cavabları pıçıldamağa məcbur olub və onun hər səhvindən sonra müdirinin yanlışını düzəldib", - deyə diplomat bazar ertəsi "Telegram" kanalında yazıb.
O qeyd edib ki, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri "bu fəlakətli səfərdən sonra politoloji Moskvanı gəzərək xəcalət hissini ört-basdır etməyə çalışıb".