CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyada KİV-də qeyri-ənənəvi münasibətlərin təbliğatı qadağan edilə bilər

Yeni qanun layihəsində qanunvericiliyə "ailə dəyərlərinin inkarı və qeyri-ənənəvi cinsi münasibətlər” anlayışlarının daxil edilməsi təklif olunur.
Sputnik
BAKI, 18 iyul - Sputnik. Rusiya Federasiyasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrində fərdlər arasında qeyri-ənənəvi münasibətlərin təbliğatı qadağan edilə bilər. Rusiya KİV-lərinin verdiyi xəbərə görə, Dövlət Dumasına qeyri-ənənəvi münasibətlərin təbliğatını ehtiva edən məlumatların yayılmasına qadağa qoyulmasını təklif edən qanun layihəsi təqdim edilib.
Müvafiq sənəd Dumanın elektron məlumat bazasında yerləşdirilib.
Yeni qanun layihəsinin mətnində “Kütləvi informasiya vasitələri haqqında” 27 dekabr 1991-ci il tarixli 2124-1 nömrəli Federal Qanunun 4-cü maddəsinin birinci bəndinə... “pornoqrafiya, zorakılıq və qəddarlıq kultunu təbliğ edən” sözlərindən sonra "ailə dəyərlərinin inkarı və qeyri-ənənəvi cinsi münasibətlər” sözləri ilə əlavə edilsin" təklifi yer alıb.