RUSİYA

Rusiya hər bir halda G20 sammitində iştirak edəcək – Peskov

Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, Rusiya tərəfi sammitə hazırlığını davam etdirir, lakin ikitərəfli görüşlərin cədvəli hələlik formalaşmayıb.
Sputnik
BAKI, 18 iyul — Sputnik. Rusiya hər bir halda G20-nin bu və ya digər formatda sammitində iştirak edəcək. İkitərəfli görüşlərin cədvəli hələ formalaşmayıb. Bu barədə RİA Novosti, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən məlumat verib.
"Böyük iyirmilik" barədə biz demişik ki, Rusiya tərəfi sammitdə iştirak etməyə hazırlaşmaqda davam edir. Bizim dəvətimiz var və bundan sonra da bu və ya digər iştirakın məqsədəuyğunluğu haqqında qərarlar qəbul ediləcək. Hər bir halda, iştirak olacaq, hər hansı ikitərəfli görüşlərin proqramı hələ işlənməyib", - deyə Peskov əgər Böyük Britaniyanın xarici işlər naziri Elizabet Trass baş nazir seçilərsə, Moskvanın G20 sammitində onunla görüşməyə hazır olub-olmaması barədə suala cavab verib.
Mətbuat katibi qeyd edib ki, Britaniya baş naziri vəzifəsinə namizədlərin hamısı diplomatik təmkinlə öyünə bilməz.
"Daha doğrusu, bu onların problemidir. Şübhəsiz ki, biz bütün bəyanatları diqqətlə qeyd edirik", — deyə o vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, Trass onun baş nazir vəzifəsinə seçiləcəyi təqdirdə əsas məqsədlərindən birini Ukraynada "Rusiyanın məğlubiyyəti" adlandırıb. Rusiya XİN-də bu təhdidləri "ikinci dərəcəli siyasət maniyası" kimi xarakterizə ediblər.
"Böyük iyirmilik" sammiti ən inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyata malik dövlət başçılarının görüşüdür. Tədbir cari ildə, noyabrın 15-16-da Bali (İndoneziya) adasında keçiriləcək.