BAKI, 18 iyul - Sputnik. Qərbin siyasi və iqtisadi hökmranlığı dövrü sona yaxınlaşır, dünya isə bipolyar və bəlkə də çoxqütblü konsepsiya istiqamətində hərəkət edir. Rusiya mediasının xəbərinə görə, bu sözləri Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler "Ditçli Fondu"nun tədbirində çıxışı zamanı deyib.
Siyasətçinin çıxışının mətni Toni Bler adına Qlobal Dəyişikliklər İnstitutunun saytında dərc olunub.
"Bu əsrdə ən böyük geosiyasi dəyişiklik Rusiyadan deyil, Çindən gələcək. Biz Qərbin siyasi və iqtisadi dominantlığının sonuna yaxınlaşırıq. Dünya ən azı ikiqütblü və ola bilsin ki, çoxqütblü olacaq", - deyə keçmiş baş nazir ehtimal edib.
Bler Çini "dünyanın ikinci super gücü" adlandırıb. Onun fikrincə, Çin prezidenti Si Jinpin Tayvanı Pekinin nəzarətinə qaytarmaq niyyətini gizlətmir. Bu ölkə nüfuz uğrunda mübarizə aparır və bunu “aqressiv” şəkildə edir. Siyasətçi hesab edir ki, Rusiya və ola bilsin ki, İran Çinin müttəfiqi olacaq.
Keçmiş baş nazir Çinə aid olan "güc və iştirak" adlandırdığı siyasəti dəstəkləyir: Ölkənin gələcək vəziyyətini gətirəcək qüvvə ilə iş birliyini bacarmaq üçün "kifayət qədər güclü" olmaq lazımdır, lakin elə etmək lazımdır ki, qarşılıqlı fəaliyyət və ya əməkdaşlıq xətləri tam "kəsilməsin" və ya bağlanmasın.
Bler, həmçinin, qeyd edib ki, Qərb müdafiə xərclərini artırmalı və hərbi üstünlüyünü qoruyub saxlamalıdır. Bundan əlavə, o, “yumşaq güc”ün vacibliyini vurğulayıb.
Rusiya prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərb üçün uzunmüddətli strategiyadır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Çin Xalq Respublikasının mərkəzi hökuməti ilə onun ada əyaləti arasındakı rəsmi əlaqələr 1949-cu ildə Çin Kommunist Partiyası ilə vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin başçılığı ilə Qomindan qüvvələrinin Tayvana köçməsindən sonra ilə kəsilib.
Ada ilə materik Çin arasında işgüzar və qeyri-rəsmi əlaqələr 1980-ci illərin sonlarında bərpa olunub. 1990-cı illərin əvvəllərindən etibarən tərəflər qeyri-hökumət təşkilatları - Tayvan Boğazı boyunca əlaqələrin inkişafı üzrə Pekin Assosiasiyası və Taybey boğazlararası mübadiləfFondu vasitəsilə əlaqə saxlamağa başlayıblar.