BAKI, 18 iyul - Sputnik. Bakı şəhərini H.Z.Tağıyev qəsəbəsindəki mərkəzi nasos stansiyasından qidalandıran magistral su kəmərlərinin birində baş vermiş qəza baş verib. Bu barədə “Azərsu” ASC-dən bildirilib.
Hadisə ilə əlaqədar paytaxtın Bakıxanov, Əmircan, Bülbülə, Yeni və Köhnə Günəşli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Əraziyə qəza-bərpa briqadaları cəlb olunub və xüsusi texnikanın köməkliyi ilə təmir işləri aparılır.