RUSİYA

Moskva Qərbi beynəlxalq hüquq əsasında hərəkət etməyə çağırır – Lavrov

Rusiyalı nazir bildirib ki, aldatma qaydaları ilə deyil, beynəlxalq hüquqa əsaslanaraq, dürüst oynamaq vaxtıdır
Sputnik
BAKI, 18 iyul — Sputnik. Moskva Qərbi beynəlxalq hüquq əsasında "ədalətli oynamağa" çağırır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Kollektiv Qərb illüziyalar dünyasından yerə qayıtmalı idi. Səhnələşdirmələr, nə qədər davam etsə də, nəticə verməyəcək. Aldatma qaydaları ilə deyil, beynəlxalq hüquqa əsaslanaraq, dürüst oynamaq vaxtıdır", - deyə nazir "İzvestiya"ya yazdığı məqalədə qeyd edib.
O bəyan edib ki, "BMT Nizamnaməsi və bütün dünya nizamı üçün fundamental olan dövlətlərin suveren bərabərliyi prinsipinə hörmət əsasında çoxqütblü dünyanın formalaşması kimi obyektiv tarixi proseslərə alternativ olmadığını hamı nə qədər tez başa düşərsə, bir o qədər yaxşıdır".
"Əgər Qərb alyansının üzvləri bu prinsiplə necə yaşamağı bilmirlərsə, bərabər təhlükəsizlik və əməkdaşlığın həqiqi universal arxitekturasını qurmağa hazır deyillərsə, qoy hamını rahat buraxsınlar. Öz ağlı ilə yaşamaq istəyənləri təhdid və şantajla, öz düşərgələrinə zorla qovmağı dayandırsınlar. Müstəqil və özünə hörmət edən ölkələrin, sözün həqiqi mənasında seçim azadlığı hüququnu tanısınlar", - deyə Lavrov yazıb və əlavə edib ki, "Əməli işdə olan demokratiya budur. Əyri-üyrü siyasi səhnələrdə oynanılan demokratiya deyil".
O, həmçinin qeyd edib ki, "bu gün Rusiya Silahlı Qüvvələri və "DXR" və "LXR" silahlıları xüsusi hərbi əməliyyat (XHƏ) çərçivəsində vəzifələri inamla həll edir, rusların açıq-aşkar diskriminasiyası və soyqırımının dayandırılması, ABŞ və onların satellitlərinin illər ərzində Ukrayna ərazisində yaratdığı Rusiya Federasiyasının təhlükəsizliyinə birbaşa təhdidlərin aradan qaldırılmasına nail olurlar".
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Lavrov Almaniya və Fransanı ittiham etdi: Bu tamaşanın bədəlini Ukrayna xalqı ödəyir