SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hakim partiyada yeni kadr təyinatı olub: Politoloqa vəzifə verilib

Nurlan Qələndərli hakim partiyanın İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.
Sputnik
BAKI, 18 iyul — Sputnik. Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında yeni kadr təyinatı olub.
Nurlan Qələndərli hakim partiyanın İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.
O, artıq vəzifəsinin icrasına başlayıb.
N.Qələndərli son təyinata qədər "Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru işləyib. Eyni zamanda politoloq kimi fəaliyyət göstərib.
Xatırladaq ki, həmin vəzifədə bundan əvvəl Elməddin Quliyev çalışıb. O, bir müddət əvvəl səhhətində yaranan problemlə əlaqədar işdən çıxıb.