BAKI, 17 iyul - Sputnik. Yevlaxda polislərin olduğu avtomobil Kür çayına düşüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.
Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub.
Hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.