BAKI, 17 iyul - Sputnik. Qərbin hərbi kampaniyanı “son ukraynalıya qədər” davam etdirmək naminə sonsuz cəhdləri mövcud Kiyev rejiminin dağılmasına gətirib çıxaracaq. Belə bir bəyanatla Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Stalinqrad döyüşünün başlanmasının ildönümündə Böyük Vətən Müharibəsi veteranları ilə görüşdə çıxış edib.
“Kampaniyanı indi dedikləri kimi, son ukraynalıya qədər davam etdirmək üçün sonsuz cəhdlər, şübhəsiz ki, mövcud siyasi rejimin dağılmasına gətirib çıxaracaq. Onlar geri çəkilməyə çalışsalar da, vaxtaşırı bəzi bəyanatlarla ortaya çıxan bəzi ucaboy, qanlı klounlar da bizi hədələməyə çalışırlar - Krıma hücum və sair... Ukraynanı silah və pulla dəstəkləyən ölkələr gec-tez dərk etməlidirlər ki, Rusiya yenə də xüsusi hərbi əməliyyatın məqsədlərinə çatacaq".
"Əmin ola bilərsiniz ki, bu əməliyyatın məqsədlərinə nail olunacaq. Bunlar təhlükənin aradan qaldırılması, Ukrayna rəhbərliyinin denazifikasiyası və demilitarizasiya ilə - bizim üçün birbaşa mövcud olan təhlükələrin aradan qaldırılması ilə bağlıdır"
Daha sonra o deyib ki, bu gün bu rejimi qidalandıranlar, bu münaqişənin sonsuzadək davam etməsi üçün pul verən və hərbi texnika tədarük edənlər nə vaxtsa bunu dərk edəcəklər.
O, Ukraynadakı hadisələrin “bütövlükdə Avropanın maraqlarına uyğun olmadığını” vurğulayıb:
"Amerikalılar - onların öz tarixləri var, onlar üçün Avropada vəziyyət nə qədər pisdirsə, bir o qədər yaxşıdır".
Daha sonra TŞ sədrinin müavini Amerikalıların adətən öz qitələrində heç bir münaqişəyə qarışmadığını, ancaq dünyanın başqa yerlərində fəaliyyət göstərdiyini qeyd edib və ABŞ-ın Suriya, İraq, Vyetnam və Koreyadakı kampaniyalarını misal çəkib.
"Bu Şimali Amerikadır? Xeyr, o, tamam başqa yerdədir", - Medvedev deyib.
O, bir daha Ukraynadakı münaqişənin Avropa üçün “çox əhəmiyyətli təhlükə” olduğunu vurğulayıb:
“Ümid edirəm ki, nə vaxtsa Avropa liderləri bütün bunları dərk edəcəklər”.