BAKI, 17 iyul - Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) dənizdə iki nəfərin batması ilə bağlı məlumat yayıb. Bu barədə Nazirliyin məlumatında deyilir.
""112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 6 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub", - deyə məlumatda bildirilir.
O da qedy olunur ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.