BAKI, 17 iyul - Sputnik. Avropa İttifaqı (Aİ) ölkələri enerji ehtiyatlarının çatışmazlığı vəziyyətində qonşuları ilə yanacağı bölüşdürməkdən imtina edərlərsə, Avropa qaz bazarı çökə bilər. Sputnik Qrğızıstan xəbər verir ki, bunu Almaniya İqtisadiyyat İnstitutunun direktoru Mixael Xyuter yerli nəşrlərdən birinə müsahibəsində deyib.
Onun fikrincə, Aİ üzvləri yalnız öz maraqlarını düşünsələr və yanacaq çatışmazlığı olanda tədarükləri kəssələr, biznes və istehlakçılar bu qərarın fəlakətli nəticələri ilə üzləşəcəklər.
Almaniyanın “Handelsblatt” nəşri qeyd edir ki, Avropa ölkələri yanacaq çatışmazlığı zamanı fasiləsiz olaraq yanacaq mübadiləsini təmin etməli olan həmrəylik sazişlərinin bağlanmasında çətinliklərlə üzləşəcəklər.