DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KİV: Bayden impiçmentlə üzləşə bilər

May ayında Massaçusets Universitetində keçirilən sorğuya əsasən, respublikaçıların 68 %-i impiçmenti dəstəkləyib.
Sputnik
BAKI, 16 iyul - Sputnik. ABŞ Prezidenti Cozef Bayden Demokratlar Partiyasının payız seçkilərində Senat və Nümayəndələr Palatasına nəzarəti itirəcəyi təqdirdə impiçmentlə üzləşə bilər.
"Report" xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, seçkidə uduzacağı təqdirdə Bayden impiçmentlə üzləşə bilər, çünki respublikaçılar buna təşəbbüs göstərmək niyyətlərini artıq bəyan ediblər.
May ayında Massaçusets Universitetində keçirilən sorğuya əsasən, respublikaçıların 68 %-i impiçmenti dəstəkləyib.
İmpiçment Nümayəndələr Palatasında sadə səs çoxluğu ilə qəbul edilə bilər, lakin Prezident yalnız Senatda üçdə iki səs çoxluğu ilə vəzifədən kənarlaşdırıla bilər. Bu, əvvəllər heç vaxt baş verməyib və çətin ki, respublikaçılar 2023-cü ildə lazımi sayda mandat alsınlar.
Bundan əvvəl keçmiş prezident Donald Trampa iki dəfə - 2020 və 2021-ci illərdə impiçment elan edilib və hər iki dəfə Senat ona bəraət qazandırıb.