BAKI, 16 iyul — Sputnik. "Hazırda bu regionda vəziyyət o qədər də sakit deyil. Çin beynəlxalq ictimaiyyətlə birgə səylərlə Yaxın Şərqdə sülh və inkişafı daha da fəal şəkildə dəstəkləməyə davam etməyə hazırdır". Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.
Pekin ABŞ Prezidenti Co Baydenin Vaşinqtonun Yaxın Şərqə rəhbərlik etməsi barədə bəyanatını tənqid edib. Diplomat deyib ki, yalnız onun ərazisində yaşayan xalqların nümayəndələri öz ölkələrinin regiondakı rolu barədə danışa bilərlər.
Diplomat ABŞ prezidentinin ölkəsinin "xüsusi mövqeyi" ilə bağlı bəyanatını şərh edərkən qeyd edib ki, Yaxın Şərq dövlətləri kiminsə "arxa bağçası" deyil.
Van Venbin vurğulayıb ki, hazırda Yaxın Şərq ölkələrinə ilk növbədə sosial-iqtisadi artım və sabitlik lazımdır.
"Yaxın Şərqin sahibləri onun ərazisində yaşayan xalqlardır", - XİN nümayəndəsi yekunlaşdırıb.
Bundan əvvəl "Bloomberg" xəbər vermişdi ki, Bayden ABŞ-ın region işlərində "həyati rolunu" təsdiqləmək üçün Yaxın Şərq ölkələrinə işgüzar səfərə gedib. Həmçinin, ABŞ prezidenti Fars körfəzi ölkələri vasitəsilə neft hasilatının artırılması məsələsində irəliləyiş əldə etmək niyyətindədir.