BAKI, 15 iyul — Sputnik. İyulun 18-i Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın məşhur piano ifaçısı və bəstəkarı Nakamura Tempeinin konserti keçiriləcək.
Beynəlxalq Muğam Mərkəzindən verilən məlumata görə, konsert Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilir.
Tədbir Yaponiya və Azərbaycanda arasında diplomatik münasibətlərin əsasının qurulmasının 30-cu ildönümünə təsadüf edən "Yaponiya-Azərbaycan Dostluq İli"nə həsr olunub.
Nakamura Tempei Avropa turu çərçivəsində həyata keçirəcəyi konsertdə Yaponiya və dünyanın aktual məsələlərini əks etdirən unikal musiqi parçaları ilə çıxış edəcək.
Nakamura Tempei indiyədək dəfələrlə Yaponiya, Amerika və Avropa ölkələrində konsertlə çıxış edib.