RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Xarkovda 200-ə qədər ukraynalı hərbçi məhv edilib - Rusiya MN

Hərbi idarənin məlumatına görə, zərbələr zamanı 50-yə yaxın əcnəbi muzdlu, o cümlədən 19 hərbi texnikanı məhv etmək mümkün olub.
Sputnik
BAKI, 15 iyul — Sputnik. Rusiya Silahlı Qüvvələri dəqiq zərbələrlə Xarkovda 200-ə qədər ukraynalı hərbçini məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Xarkov şəhərində 40-cı artilleriya briqadasının və "Kraken" millətçi birləşməsinin müvəqqəti yerləşmə məntəqələrinə yüksək dəqiqliklə endirilmiş zərbələr nəticəsində 200-ə qədər millətçi məhv edilib", - deyə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Hərbi idarənin məlumatına görə, zərbələr zamanı 50-yə yaxın əcnəbi muzdlu, o cümlədən 19 hərbi texnikanı məhv etmək mümkün olub.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.