BAKI, 15 iyul — Sputnik. İyirmilik Qrupu (G20) ərzaq böhranı ilə məşğul olmaq üçün vahid maliyyə və kənd təsərrüfatı nazirliyi yarada bilər. Bu barədə cümə günü İndoneziyada keçirilən G20 ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin iclasına sədrlik edən İndoneziyanın maliyyə departamentinin rəhbəri Şri İndravati bildirib.
Reuters-in məlumatına görə, G20 Mərkəzi banklarının rəhbərləri əsas problemləri qeyd ediblər və ərzaq böhranı ilə mübarizəyə yönəlmiş konkret addımları müəyyənləşdiriblər.
Eyni zamanda, İndravati gübrə bazarında vəziyyətin pisləşməsinin gələcək illər üçün ərzaq böhranını daha da gücləndirə biləcəyini vurğulayıb.
Qeyd edək ki, G20 ölkələrinin maliyyə nazirləri və Mərkəzi banklarının rəhbərləri iyulun 15-də İndoneziyanın Bali adasında başlayan ikigünlük görüşləri zamanı inflyasiyanın sürətlənməsi mövzusuna xüsusi diqqət yetirəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.