PAYTAXT XƏBƏRLƏRİ

Havada toz dumanı müşahidə olunur

Küləkli hava ilə bağlı toz-dumanın iyulun 19-na kimi davam edəcəyi bildirilib.
Sputnik
BAKI, 15 iyul — Sputnik. Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən, bu gün havada dispers toz hissəcikləri Bakının Nizami rayonunda 1.5, Səbail rayonunda 1.4, Xətai rayonunda isə 1,6 dəfə normadan çox olub.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O deyib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir:
"Belə ki, güclü şimal-qərb küləyinin təsirindən torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa yayılır".
Gülşad Məmmədova qeyd edib ki, küləkli hava şəraiti günün sonunadək davam edəcək:
"İyulun 17-si axşam saatlarından yenidən şimal küləyinin arabir güclənəcəyi ilə əlaqədar havada tozun miqdarının normadan çox olacağı və 19-u axşamadək davam edəcəyi gözlənilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.