BAKI, 15 iyul — Sputnik. ABŞ-ın Cons Hopkins Universitetinin məlumatına görə, cümə günü səhər saatlarına dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 560 360 782 nəfərə çatıb. Bu barədə Rusiya mediası məlumat verir.
Dünyada virusun yayılmasından indiyədək COVID-19 infeksiyasına görə 6 365 557 nəfər dünyasını dəyişib.
Yoluxma sayı 20 milyondan çox olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya var.
Koronavirusa yoluxanların və bu xəstəlikdən vəfat edənlərin sayı müvafiq olaraq:
ABŞ - 89 294 240 və 1 023 256 nəfər.
Hindistan - 43 710 027 və 525 604 nəfər.
Braziliya - 33 142 158 və 674 779 nəfər.
Fransa - 32 881 645 və 151 454 nəfər (cümə axşamı səhər saatlarına olan məlumat, cümə gününə olan məlumat yenilənməyib).
Almaniya - 29 569 943 və 142 399 nəfər.
Böyük Britaniya - 23 280 957 nəfər və 191 262 (cümə axşamı səhər saatlarına olan məlumat, cümə gününə olan məlumat yenilənməyib).
Dünyada baş verən mühüm hadisələrlə bağlı statistik məlumatlar üzrə ixtisaslaşmış "Worldometer" portalının məlumatına görə, cümə günü səhər saatlarına planetdə hər 1 milyon nəfərə düşən ölüm nisbəti 818,4 təşkil edib. Hindistanda hər 1 milyon əhaliyə 373 nəfər, Braziliyada 3130 nəfər, Fransada 2295 nəfər, Almaniyada 1689 nəfər, Böyük Britaniyada 2647 nəfər vəfat edib. ABŞ haqqında isə məlumat verilmir.