BAKI, 15 iyul — Sputnik. Azərbaycanda ilk dəfə olaraq Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viadukların (dərə üzərində inşa edilən körpü) tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin yaydığı məlumata görə, beynəlxalq təcrübədə dərə keçidləri üzərində inşa edilən hündür qabaritli viaduklarda bu üsuldan istifadə olunması daha məqsədəuyğun sayılır.
Qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 79.7-ci km-də inşa edilən və ortalama uzunluğu 380 m (sol-410 m, sağ-350 m) olan viaduk da daxil olmaqla 3-nün tikintisində istifadə olunur.