DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Yerevana təcili səfər edib, Paşinyanla görüşüb

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Nikol Paşinyanla beynəlxalq və regional təhlükəsizlik, terrorizmlə mübarizə, Cənubi Qafqaz regionunda baş verən prosesləri müzakirə edib.
Sputnik
BAKI, 15 iyul - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsü qəbul edib.
Sputnik Ermənistanın yazdığına görə, görüşdə onlar beynəlxalq və regional təhlükəsizlik, terrorizmlə mübarizə ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər həmçinin Cənubi Qafqaz regionunda baş verən prosesləri də müzakirəyə çıxarıblar.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bu gün səhər saatlarında Yerevana bir neçə saatlıq təcili səfər edib.
Amerika kəşfiyyatının rəhbərinin burada yüksək səviyyəli görüşlər keçirəcəyi bildirilib.