RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zaxarova: Onlar vəziyyətin təhlükəli olduğunu başa düşüblər

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, zərurət yaranarsa, cavab hazırlanacaq və təqdim ediləcək.
Sputnik
BAKI, 14 iyul — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Komissiyasının Kalininqrad tranziti ilə bağlı verdiyi qərarlarla bağlı mövqe hazırlandığını bildirib.
"Qərar dünən dərc olunub, mən Avropa Komissiyasını nəzərdə tuturam, daha doğrusu, hətta qərar da deyil, bu izahatdır. O, dəmir yolu ilə [Kalininqrad vilayətinə] daşınan müəyyən növ məhsullara, mallara məhdudiyyətləri aradan qaldırır. Biz, bunu realizm və sağlam düşüncənin təzahürü hesab edirik. Biz mövqe formalaşdırırıq", - diplomat "Solovyov LIVE" telekanalının efirində bildirib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, bu məsələ ilə təkcə Smolenskada deyil, digər idarələrdə də məşğul olurlar:

"Çünki söhbət regiondakı vəziyyətdən, federasiyanın subyektindən gedir. Zərurət yaranarsa, cavab hazırlanacaq və təqdim ediləcək. Mənə elə gəlir ki, onlar vəziyyətin artıq dalana dirəndiyini, çox təhlükəli olduğunu başa düşüblər".

İyunun 18-də Litva Avropanın sanksiyalarına məruz qalan malların Kalininqrada və oradan tranzitini dayandırıb. Rusiya Xarici İşlər Nazirliyi və Kreml Vilnüsün hərəkətlərinin qanunsuz və beynəlxalq müqavilələrə zidd olduğunu bəyan ediblər. Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov bildirib ki, region Litva tərəfindən yüklərin tranzitini məhdudlaşdırmaq üçün cavab tədbirləri üçün dörd variant təklif edib.
Litva hökuməti və Aİ rəhbərliyi də öz növbəsində qeyd edib ki, ölkə heç bir birtərəfli və ya əlavə məhdudiyyətlər tətbiq etməyib, sadəcə ardıcıl olaraq Avropa sanksiyalarını tətbiq edir.
Xatırladaq ki, bir müddət öncə Rusiya XİN bildirmişdi ki, malların Kalininqrada və oradan tranziti bərpa olunmasa, Rusiya Litva və Avropa İttifaqına "sərt tədbirlər" tətbiq edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.