BAKI, 14 iyul — Sputnik. Rusiya Silahlı Qüvvələri "Kalibr" yüksək dəqiqlikli dəniz bazalı raketləri Zaporojyedəki yüksək gərginlikli avadanlıq zavodunun ərazisində Ukrayna Silahlı Qüvvələrinin 45-ci artilleriya briqadasının çoxşaxəli raket sisteminin döyüş maşınlarını məhv edib.
Bunu Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndəsi, general-leytenant İqor Konaşenkov deyib.
"İyulun 13-də günortadan sonra "Kalibr" dəniz bazalı raketləri Zaporojye şəhərindəki yüksək gərginlikli avadanlıqlar zavodunun ərazisində anqarlarda gizlədilmiş döyüş maşınlarını məhv edib.
Ukraynanın Kraken batalyonunun 226-cı dəstəsində iki yüzdən çox döyüşçü komandanlığın Kramatorsk vilayətinə irəliləmək əmrinə tabe olmaqdan imtina edərək Xarkov şəhərinin ərazi müdafiəsinə "keçid" elan edib", - deyə Konaşenkov vurğulayıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.