CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu rayonların prokurorları dəyişdirilib

Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinə yeni rəis təyin olunub.
Sputnik
BAKI, 14 iyul — Sputnik. Prokurorluq orqanlarında yeni kadr təyinatı olub. Bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Baş Prokurorun əmri ilə Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyinat alıb.
Onun yerinə isə Ağdaş rayonuna yeni prokuror vəzifəsinə Anar Əliyev təyin edilib.
Xatırladaq ki, Anar Əliyev bu təyinatdan əvvəl Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində böyük prokuror vəzifəsində çalışıb. O, universitetə qəbul imtahanında göstərdiyi yüksək nəticəyə görə "Prezident təqaüdçü"sü olub.
Baş Prokurorun daha bir əmri ilə Vüqar Nəsibov Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi təyin edilib. V.Nəsibov bu təyinata qədər Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru vəzifəsində çalışıb.
Samirə Nəcəfzadə isə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Bu təyinat ölkədə həyata keçirilən uğurlu gender bərabərliyi siyasətinin prokurorluq orqanlarında davamıdır. S.Nəcəfzadə əvvəllər Baş Prokurorluqda Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror vəzifəsində çalışıb.
Məlumatları Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.