BAKI, 14 iyul — Sputnik. Londonda Azərbaycan və Böyük Britaniya arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş Azərbaycan rəssamlarının "Diplomatiya sənəti" adlı sərgisi keçirilib. Bu barədə sərgi iştirakçıları Sputnik Azərbaycan-a bildiriblər.
Tədbir Yunus Əmrə İnstitutunun London filialında təşkil olunub. Təşkilatçılar "Dirçəliş" ("Dirçəliş") mərkəzinin rəhbəri İslam Baxışəliyev (Azərbaycan) və Yunus Əmrə İnstitutunun direktoru Mehmet Karakus (Böyük Britaniya) olub.
Azərbaycan rəssamları Londonda öz rəsm əsərlərini təqdim ediblər
© Photo : Courtesy Kenul Ismailova
Sərgidə 22 rəssamın 56 rəsm əsəri nümayiş etdirilib, onlardan ikisi sağlamlıq imkanları məhdud olan Könül İsmayılova və Tural Bayramov olub. Açılışda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Rəşid Vahabzadə iştirak edib. Bütün iştirakçılar diplomlarla təltif olunublar.
Bu, Könül İsmayılovanın iştirak etdiyi ilk beynəlxalq layihə deyil. Rəssam artıq ölkəni Polşa, Moskva, Belçika, Türkiyə və Fransada təmsil edib.
Azərbaycan rəssamları Londonda öz rəsm əsərlərini təqdim ediblər
© Photo : Courtesy Kenul Ismailova
"Bu cür layihələr xaricdə ölkəmizin mədəniyyətini, rəssamlarımızın istedadını nümayiş etdirmək üçün gözəl imkandır. Bundan əlavə, yaradıcı insanlar həmişə bu cür səfərlərdən ilham alır, onların tarixini öyrənirlər", - deyə Könül İsmayılova Sputnik Azərbaycan-a bildirib.
Rəssam Britaniya kral ailəsinin böyük pərəstişkarı olduğunu etiraf edib, buna görə də məşhur Vindzor qəsrini məmnuniyyətlə ziyarət edib. Onu həmçinin Oksfordun memarlığı da heyran edib.
"Bütün London gözəl çiçəklərlə əhatə olunub. Şəhərin binaları sanki nağılardakına bənzəyir. Sincabları belə yedizdirə biləcəyimiz nəhəng parklar məni heyran edib. Oraya getdiyim ilk gündən Londana aşiq olmuşam və yenidən oraya qayıtmaq istərdim", - deyə rəssam qeyd edib.
Könülün sözlərinə görə, bu səfər onu yeni əsər yaratmağa ruhlandırıb. Rəssam bildirib ki, Vestminster sarayının yaxınlığında qeyri-adi gözəllikdə olan park var və o, bu mənzərələri kətan üzərində təsvir etmək arzusundadır.