BAKI, 13 iyul — Sputnik. İranın ali rəhbər ayətulla Seyid Əli Xameneinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi admiral Əli Şamxani iyulun 15-də Azərbaycana səfər edəcək.
Məlumatı "Mehr" agentliyi yayıb.
Səfər Azərbaycan Milli Təhlükəsizlik Şurasının katbi Ramil Usubovun dəvəti əsasında həyata keçiriləcək.
Səfər çərçivəsində Əli Şamxani Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə ikitərəfli münasibətlər, regionda və dünyada baş verən son hadisələrin müzakirə olunacağı gözlənilir.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İrana rəsmi səfər etmişdi. Səfər çərçivəsində Azərbaycan XİN rəhbəri İranın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirmişdi. (Report)