RUSİYA

Peskov: Ukraynadan taxıl ixracı üzrə işlər hərbçilər vasitəsilə aparılır

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, işlər hərbçilər vasitəsilə aparılır və lazım gəldikdə bu barədə məlumat veriləcək.
Sputnik
BAKI, 13 iyul — Sputnik. Ukraynadan taxıl ixracına dair sazişin hazırlanması üzərində iş Rusiya hərbçiləri tərəfindən həyata keçirilir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, brifinqdə Ukrayna hakimiyyətinin taxıl ixracı ilə bağlı razılaşmaların tezliklə əldə olunması ilə bağlı bəyanatını şərh edərkən, işlər hərbçilər vasitəsilə aparılır və lazım gəldikdə bu barədə məlumat veriləcək deyib.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya və Ukrayna tərəfləri arasında taxıl ixracına dair razılaşmanın praktiki olaraq əldə olunduğunu iddia edib.
Rusiya diplomatik departamentindəki mənbələr həmçinin bildiriblər ki, İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna tərəfləri arasında Ukraynadan taxıl ixracına dair konsensus çox yüksəkdir.
Ukrayna limanlarından taxılın beynəlxalq bazarlara çıxarılması ilə bağlı danışıqlar iyulun 13-də keçiriləcək. Danışıqlarda Türkiyə, Rusiya, Ukrayna hərbi nümayəndə heyətləri və BMT nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Ukraynada Rusiyanın hesablamalarına görə, hazırda 5 milyon tona yaxın bloklanmış taxıl var. Onun sözlərinə görə, belə bir miqdar dünya bazarlarına heç bir şəkildə təsir göstərmir:
"Son vaxtlar Ukrayna taxılının ixracı ilə bağlı məsələ aktiv şəkildə müzakirə olunur. ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, bu, 6 milyon ton buğda, bizim məlumatlarımıza görə, haradasa 5 milyon ton civarındadır. Dünyada hasilatın həcmini - 800 milyon tonunu nəzərə alsaq, onda başa düşürük ki, bu, dünya bazarlarına heç bir şəkildə təsir göstərməyən elə bir miqdardır. Bu, dünyada istehsal olunan bütün ərzaq məhsullarının təxminən 2,5%-ni və 0,5%-ni təşkil edir".
RF Prezidenti onu da qeyd edib ki, Ukraynanın taxılı məsələsində Rusiya Federasiyası BMT-nin müvafiq təşkilatı ilə sıx işgüzar əlaqə saxlayır.
"Bu məsələ ilə bağlı biz BMT-nin müvafiq profili ilə daimi, sıx işgüzar əlaqədəyik və onlar bu məsələləri Aİ və ABŞ nümayəndələri ilə işləməyi üzərinə götürüblər", - deyə Putin bildirib.