RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

KİV: Ukrayna böhranının uzanması Avropanı fəlakətə aparacaq

Məqalə müəllifi vurğulayır ki, Ukrayna artıq ən yaxşı döyüş qabiliyyətli birləşmələrini itirib və cəbhəyə yeni çağırışçıları göndərir.
Sputnik
BAKI, 13 iyul — Sputnik. Ukrayna böhranının uzanması Avropanı çoxillik iqtisadi fəlakətə sürükləyəcək. Il Giornale-nin köşə yazarı Can Mikalessin belə hesab edir.
"Rusiya qazının tədarükünün azalması səbəbindən Ukraynadakı münaqişənin xərcləri italyan ailələrinin və şirkətlərinin çiyinlərinə düşəcək, iqtisadiyyat isə illər boyu tənəzzülə uğrayacaq. Rusiya Ukraynaya məğlub olmayacaq. Hərbi əməliyyatların əbəs yerə uzanması yalnız böyük qurbanlara gətirib çıxaracaq. Bu, dünya münaqişəsi riskini artıracaq, İtaliya və Avropanı iqtisadi fəlakətə sürükləyəcək", - deyə müəllif bildirib.
O vurğulayıb ki, Ukrayna artıq ən yaxşı döyüş qabiliyyətli birləşmələrini itirib və cəbhəyə yeni çağırışçıları göndərir, bu səbəbdən də NATO silahlarının effektivliyi heçə enir.
"İndi razılığa gəlməsək, sonra bunu etmək çətin olacaq", - deyə Mikalessin bildirib.
O, qarşıdurmanın Avropa üçün iqtisadi nəticələrinə diqqət çəkib: analitiklər neftin bir barelinin qiymətinin 380 dollara qədər qalxacağını proqnozlaşdırırlar. İtaliyada Rusiya qazının nəqlinin dayandırılacağından ehtiyat edirlər ki, bu da ölkədə iki il resessiya ilə nəticələnəcək. Miqrasiya böhranı təhlükəsi mövcuddur. Qərbdə özü-özünə zərər verməmək üçün danışıqlara başlamaq çağırışları getdikcə daha tez-tez səslənir, - deyə şərhçi sözünü yekunlaşdırıb.