RUSİYA

Kalininqrad məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı rəsmi sənədlər almayıb

"İzvestiya" Aİ ilə Rusiya arasında əldə olunan razılaşmalar barədə məlumat yayıb
Sputnik
BAKI, 13 iyul — Sputnik. Kalininqrad vilayətinin hakimiyyət orqanları Rusiya regionlarından Litva vasitəsilə regiona yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı rəsmi bildiriş və sənədləri hələ də almayıb. Bu barədə çərşənbə günü TASS informasiya agentliyinə vilayət hökumətinin mətbuat xidmətindən məlumat verilib.
"İzvestiya" nəşri Rusiya tərəfindəki adı açıqlanmayan mənbələrə istinadən daha əvvəl yazıb ki, Aİ və Rusiya Federasiyası malların Kalininqrada tranzitinə dair razılığa gəliblər. Nəşrin yazdığına görə, Brüssel Moskvanı "tam qane edən" sənəd təqdim edib. Nəşrin yazdığına görə, sənəddə xüsusilə qeyd olunur ki, Rusiyanın ərazi hissələri arasında malların daşınmasını məhdudlaşdırmaq mümkün deyil, lakin indi hər şey Litvanın mövqeyindən asılıdır.
"Hazırda nə Rusiya, nə də Avropa tərəfdən [region hökumətində] heç bir rəsmi açıqlama yoxdur. Heç bir sənəd də dərc olunmayıb", - deyə bildirilib.