CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan hava limanlarında sərnişin axını bu il 2 milyon nəfəri ötüb

Heydər Əliyev Beynəlxalq Aeroportunda baza yeri olan “AZAL” və “Buta Airways” aviadaşıyıcıları tərəfindən ilin əvvəlindən müvafiq olaraq 618 min və 201 min sərnişin daşınıb.
Sputnik
BAKI, 13 iyul — Sputnik. Bu ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını 2 mln. nəfəri ötüb.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, cari ilin təkcə iyun ayında hava limanlarında 530 min nəfərə xidmət göstərilib ki, bu da pandemiyadan əvvəl 2019-cu ildəki göstəricinin 96%-ni təşkil edir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda baza yeri olan “AZAL” və “Buta Airways” aviadaşıyıcıları tərəfindən ilin əvvəlindən müvafiq olaraq 618 min və 201 min sərnişin daşınıb. Bunlardan 457 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir və beynəlxalq daşımaların ümumi həcminin 36%-ni təşkil edir.