CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Şirin çay" verərək uşaqların gələcəyini təhlükəyə atmayaq - Həkim məsləhəti

Endokrinoloq hayqırır ki, gündəlik qəbul edilən qidanın 50 faizi səhər yeməyi zamanı qəbul edilməlidir.
Sputnik
BAKI, 12 iyul — Sputnik. "Biz də uşaq olanda şəkərdən isitfadə edirdik. Amma indi hər şey deyişib. Hətta şəkərin keyfiyyətində belə problemlər var". Bunu Sputnik Azərbaycan-a açıqlamasında endokrinoloq Fərhad Burzi deyib.
Endokrinoloq Fərhad Burzi
"Müasir dövrlə müqayisədə uşaq vaxtı biz şirin çay içəndən sonra atılıb-düşər, oynayardıq. Lakin indiki uşaqlar pandemiyadan sonra otaqlara bağlandı. Bu səbəbdən də uşaqlar üçün də şəkərdən daha az istifadəni tövsiyə edirik", - deyə həkim bildirib.
O qeyd edir ki, belə olan hallarda uşaqlarda yağlanma, piylənmə daha az olacaq:
"Əks halda, uşaq piylənərsə onun yumurtalıqlarının, cinsiyyət orqanının inkişafında problemlər olacaq, cinsi əlamətlərdə, boy inkişaıfnda gecikmələr olacaq. Belə oğlan uşaqlaırnda süd vəzisi inkişafı halları da müşahidə edilir. Gündəlik istifadə etdiyimiz badımcan, bibər, lobya, kələm və digər bu kimi zəruri məhsullaırn da tərkibində şəkər var, lakin bunlar daha yayarlıdır".
Şər qarışan zaman oynayan uşaqlar, arxiv şəkli
Ekspert vurğulayır ki, gündəlik isitfadə edilən rafinə edilmiş şəkər daha təhlükəlidir:

"Bu səbəbdən şəkər sevdiyimiz məhsulların sırasından çıxarılmalıdır. Ümumiyyətlə, uşağa şirin çayı tərgitmək üçün gərək ki, onun əlinə nəsə verəsən. Şirin çayı ondan güclə alıb uşağı oğru etmək lazım deyil. Məsələn, ballı çay, doşablı çay verərək şirin çaydan uzaqlaşdırmaq olar".

Həkim bildiri ki, gündəlik qəbul edilən qidanın 50 faizi səhər yeməyi zamanı qəbul edilməlidir:
"Amma bizim cəmiyyətdə bu tərsinədir. Səhər gündəlik qidanın yalnız 10 faizini qəbul edirik. Günorta yeməyini unudub hamısını axşam yeyirik. Uşaqların sağlam qidalanması üçün bu nüanslara diqqət edilməsi vacibdir".
Tərəvəz alan qadın, arxiv şəkli
Sağlam qidalanmadan danışan mütəxəssis bildirir ki, cinsi hormonların əmələ gəlməsində xolesterinli qidalar uşaqlar üçün tövsiyə edilir:
"Çünki bu hormonların əmələ gəlməsində əsas xammal xolestirindir".
Endokrinoloq uşaqların sağlam gələcəyi üçün onlara lifli qidalar verməyin vacibliyini də dilə gətirib:
"Bişməmiş, çiy kələm, kök, çuğundur və bu kimi faydalı tərəvəzləri yeməyi tövsiyə edirəm".
Mütəxəssis bundan başqa, deyir ki, sağlam gələcək üçün uşaqları daha çox fiziki aktiv həyata meylləndirmək lazımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.