RUSİYA

Rusiyanın Ermənistandakı hərbi bazasında yanğın baş verib

Yanğının ikinci səviyyəsi elan edilib. Əraziyə yanğınsöndürmə və xilasetmə briqadasının daha iki döyüş heyəti yola düşüb.
Sputnik
BAKI, 12 iyul - Sputnik. Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasının ərazisində yanğın baş verib.
Sputnik Ermənistan-ın yaydığı məlumata görə, ərazidə tikinti materialları anbarı yanıb.
Fövqəladə Hallar Nazirliyinin rayon xilasetmə hissəsinin yanğından mühafizə və xilasetmə dəstəsinin 2 nəfər canlı qüvvəsi hadisə yerinə yola düşüb.
Yanğının ikinci səviyyəsi elan edilib. Əraziyə yanğınsöndürmə və xilasetmə briqadasının daha iki döyüş heyəti yola düşüb.