RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya ordusu üç həftə ərzində Ukraynada 400-ə yaxın əcnəbi muzdlunu məhv edib

RF Müdafiə nazirliyinin məlumatına görə, hazırda Ukraynada 3000-ə yaxın muzdlu döyüşçü fəaliyyət göstərir.
Sputnik
BAKI, 12 iyul - Sputnik. Ukraynada əcnəbi muzdluların sayı durmadan azalır, üç həftə ərzində 400-ə yaxın adam öldürülüb. Bu barədə çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, hazırda Ukraynada 3 minə yaxın muzdlu fəaliyyət göstərir:
“Beləliklə, son üç həftə ərzində Rusiya silahlı qüvvələrinin və "Donetsk və Luqansk xalq respublikaları"nın xalq milisi bölmələrinin hücum hərəkətləri nəticəsində Ukraynada muzdluların sayı 3221-dən 2741-ə qədər azalıb”.
Konaşenkovun sözlərinə görə, üç həftə ərzində Ukraynaya daha 151 muzdlu əsgərin gəlməsinə baxmayaraq, 391 yaraqlı öldürülüb, daha 240 nəfər isə Ukrayna ərazisindən qaçıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.