PAYTAXT XƏBƏRLƏRİ

"Qarabağ" və "Lex"in oyunundan sonra azarkeşlərin davası nə ilə bitib?

Oyundan sonra stadiondan kənarda bir qrup azarkeşin öz aralarında mübahisəsinin də qarşısı polis əməkdaşları tərəfindən dərhal alınıb.
Sputnik
BAKI, 12 iyul - Sputnik. Sosial şəbəkələrdə və KİV-də Bakıda keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" və "Lex" komandalarının qarşılaşmasından sonra mübahisə edən bəzi azarkeşlərin saxlanılması ilə əlaqədar məlumatlar səsləndirilib.
DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov ölkəmizin futbol ictimaiyyətini "Qarabağ"ın möhtəşəm qələbəsi münasibətilə təbrik edərək bildirib ki, oyun öncəsi, həmçinin oyun zamanı və oyundan sonra polis əməkdaşları ictimai təhlükəsizliyi və ictimai asayişi elə qələbəmizə layiq mühafizə ediblər.
Oyundan sonra stadiondan kənarda bir qrup azarkeşin öz aralarında mübahisəsinin də qarşısı polis əməkdaşları tərəfindən dərhal alınıb. Onlara xəbərdarlıq edilərək sərbəst buraxılıblar (Report).
Xatırladaq ki, bu gün Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçirilib. Oyunda Ağdam klubu 5:1 hesabı ilə rəqibini darmadağın edib.
FOTO
“Qarabağ” “Lex” dən belə qisas aldı - fotolent