RUSİYA

Pentaqonın qazı uçub, bu, ABŞ-ın raketdən müdafiə sisteminin uğursuzluğudur - Volodin

"Roskosmos"un rəhbəri Dmitri Roqozin ölkəsinin ən son qitələrarası ballistik raket olan "Sarmat"ın kütləvi istehsalına hazır olduğunu bəyan edib.
Sputnik
BAKI, 12 iyul - Sputnik. Pentaqonun Rusiyanın hipersəs raketlərinə qarşı hava balonlardan istifadə etməsi ehtimalını ABŞ raketdən müdafiə proqramının uğursuzluğu adlandırıb. Иunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Telegram kanalında yazıb.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
“Pentaqonun Rusiyanın hipersəs raketlərinə qarşı hava balonlardan istifadə etməyə başlayacağı xəbəri ilk növbədə ABŞ raketdən müdafiə proqramının uğursuzluğu kimi qəbul edilməlidir. Ölkəmizdə "Poseydon"un da olduğunu nəzərə alsaq, Vaşinqton üçün növbəti addım sualtı şarları şişirtməkdir, - Volodin.
Daha əvvəl “Politico” Pentaqonun büdcə layihəsinə və müsahibə götürülmüş ekspertlərə istinadən məlumat vermişdi ki, ABŞ Ordusu 2023-cü maliyyə ilində yüksək hündürlüklərdə hərbi təyinatlı hava şarlarından istifadəyə, o cümlədən Rusiya və Çin raketlərinin izlənilməsi layihələrinə 27 milyon dollardan çox vəsait xərcləməyi planlaşdırır.
"Pentaqon-un havası çıxıb", - deyə Volodin fikrini tamamlayıb.
Bir neçə gün əvvəl, "Roskosmos"un rəhbəri Dmitri Roqozin Krasnoyarska səfəri zamanı deyib ki, "Krasmaş" zavodu ən vacib vəzifəni yerinə yetirməyə - ən son qitələrarası ballistik raket olan "Sarmat"ın kütləvi istehsalına hazırdır.
Dmitri Roqozin
Bundan əvvəl Roqozin bildirib ki, bu ilin sonunadək ilk “Sarmat” raket alayı Krasnoyarsk diyarındakı Uxurda döyüş növbəsinə qoyulacaq.
"Hər şey ciddi şəkildə gündəlik nəzarət edilən qrafikə uyğun gedir", - deyə Roqozin qeyd edib..
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.